“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin olunub.
Sumqayit24.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Vüsal Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edilib.
Qeyd edək ki, V. Aslanov 1981-ci ildə Sumqayıt şəhərində anadan olub. O, 2016-cı ilin sentyabr ayından etibarən "Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsində çalışıb.