Sumqayıtlı paraatlet çempion oldu.
Sumqayıt24 xəbər verir ki, Parisdə Yay Paralimpiya Oyunları keçirilir. Azərbaycan təmsilçisi Səid Nəcəfzadə T12 kateqoriyasında uzunluğa tullanma növündə çıxış edib. O, 7,27 metr nəticə ilə qızıl medala layiq görülüb.
Qeyd edək ki, həmşəhərlimiz bir neçə ay öncə dünya çempionu adını da qazanıb.