top
Sumqayıtlı Röyanın Londona uzanan uğur hekayəsi - MÜSAHİBƏ
Müsahi̇bə
14 aprel 2026, 13:30
- ↺ +

Sumqayıtlı Röyanın Londona uzanan uğur hekayəsi - MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, sumqayıtlı xanım dünya reytinqində ikinci olan universitetdə magistratura pilləsinə qəbul olub.

Belə ki, Röya Qasımova dünya reytinqinin ikincisi olan "Imperial College London" universitetinin Maliyyə və mühasibat ixtisası üzrə magistratura pilləsinə qəbul olub.

R.Qasımova 2021-ci ildə 683.2 bal toplayaraq II qrup üzrə ölkə ikincisi olub və Prezident təqaüdünə layiq görülüb. Bunadan əlavə o, müxtəlif beynəlxalq yarışlarda iştirak edərək uğur qazanıb. 

Qeyd edək ki, Röya Qasımova Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada təhsil alıb.

Sumqayit24.az-ın əməkdaşı Röya xanımla həmsöhbət olub. Yerlimiz öz uğurlarından, bu uğurların sirlərindən və gələcək məqsədlərindən danışıb. O, həmçinin indiki gənclərə bir sıra tövsiyələr də verib.

Müsahibəni təqdim edirik. 

- Özünüzü təqdim edin, zəhmət olmasa. 

Mən Qasımova Röya - Bakı Ali Neft Məktəbinin Biznesin İdarə Edilməsi ixtisası üzrə 5-ci kurs tələbəsiyəm.

- Ardıcıl uğurlarınızın arxasında nələr dayanır?

Məncə, əsas səbəb təhsil təməlimin möhkəm olmasıdır. Məktəb illərindən etibarən dərslərim hər zaman prioritetim olub. Bundan əlavə, qarşıma qoyduğum məqsədlər mənə motivasiya verir ki, çalışaraq uğur qazanım.

- Uğura gedən yolda qarşılaşdığınız ən böyük çətinlik nə olub və bu çətinliyi necə dəf etmisiniz?

⁠Açığı, çox böyük çətinliyim olmayıb. Bəzən iş, dərs yüküm ağır olur və vaxtı idarə etmək mənim üçün çox çətin olur. Belə hallarda isə yeganə çıxış yolum daha çox çalışmaqdır.

- Yorulduğunuz və motivasiyanızın azaldığı anlarda özünüzü necə toparlayırsınız?

Bu zaman qarşılaşdığım çətinlikləri böyütməməyə çalışıram və bunun hər kəsin həyatında ola biləcəyinə özümü inandırıram. Qısa müddətdə yaşanan çətinliklərin uzunmüddətli uğura gətirəcəyini düşünmək mənə motivasiya verir.

- Hazırda həm işləyib, həm də təhsil alırsınız. Bir çox insanın daim dediyi "vaxt çatdıra bilməmək" məsələsini siz necə həll edirsiniz? Gününüzü necə planlaşdırır və bu balansı necə qoruyursunuz?

Vaxt çatdırmaq bəzən çətin olur, xüsusilə imtahan dövrlərində. Amma effektiv işləmək, əvvəlcədən plan qurmaq və həm iş, həm də universitetlə daim əlaqədə olmaq mənə bu balansı qorumağa kömək edir.

- Əgər yenidən karyeranıza sıfırdan başlamaq imkanınız olsaydı, nəyi fərqli edərdiniz?

Xeyr, heç nəyi dəyişmək istəməzdim.

- Sizin kimi uğur qazanmaq istəyən gənclərə ən vacib tövsiyəniz nədir?

Gənclərə ən böyük tövsiyəm odur ki, hər zaman təhsilə önəm versinlər və öz üzərlərində işləməyi dayandırmasınlar. Yaşadığımız dövrdə hər gün müxtəlif yeniliklərə şahid oluruq. Bunlara uyğunlaşmaq və uğurlu karyera qurmaq üçün savadlı olmaq mütləqdir. Xüsusilə vurğulamaq istərdim ki, ingilis dilini öyrənmək artıq dövrümüzün tələbidir və hər bir gəncin ikinci dil kimi bilməsi vacibdir.

- Bundan sonrakı hədəfləriniz nələrdir? Gələcəkdə özünüzü harada görürsünüz?

Bundan sonrakı hədəfim təhsilimi xaricdə davam etdirmək, daha sonra isə ölkəyə qayıdaraq nüfuzlu şirkətlərdə maliyyə sahəsində karyera qurmaqdır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Bütün xəbərlər
24 oktyabr 2026, 13:31

Ceyranbatanda sakinlərdən iki tələb: piyada keçidi və dayanacaq

Bütün xəbərlər
24 oktyabr 2026, 12:40

SDU-da elmi staj keçən qazaxıstanlı doktorantlarla görüş keçirilib

İdman
24 oktyabr 2026, 11:45

Cüdoçumuz Babək Hacıyev də Avropa çempionatında FƏRQLƏNDİ

Bütün xəbərlər
24 oktyabr 2026, 11:00

Avropa çempionu olan Sumqayıt məktəblisi belə qarşılandı

Bütün xəbərlər
24 oktyabr 2026, 10:15

Sürücülərin nəzərinə - yollarda görünüş məsafəsi məhdudlaşa bilər

Bütün xəbərlər
24 oktyabr 2026, 09:11

20 yaşında şəhidlik zirvəsinə ucalan Nicatın doğum günüdür

Bütün xəbərlər
24 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 28-ci günü - XRONİKA

Bütün xəbərlər
23 oktyabr 2026, 19:00

Sumqayıtda şənbə günü hava yağışlı ola bilər

Bütün xəbərlər
23 oktyabr 2026, 18:30

Almaniya səfiri Sumqayıt Sənaye Parkına səfər edib

Bütün xəbərlər
23 oktyabr 2026, 18:00

Sumqayıtda suyun verilişində fasilələr sakinləri çətin vəziyyətə salıb

Bütün xəbərlər
23 oktyabr 2026, 17:30

Sumqayıtın su təchizatına cavabdeh QSC-nin icraçı direktoru kollektivə təqdim edildi

Bütün xəbərlər
23 oktyabr 2026, 17:00

Hacı Zeynalabdin qəsəbəsində ağacəkmə aksiyası

Bütün xəbərlər
23 oktyabr 2026, 16:25

Sumqayıtda yağışdan sonra məktəbə gedən uşaqlar çətinliklə üzləşirlər

Oxşar xəbərlər