Sumqayıtlı gənc ”İnkişafa Mərkəzdən Başla” layihəsi çərçivəsində təlim keçirib. Sumqayıt24 bu haqda 8 fevral tarixində xəbər verir.
Sumqayıt Gənclər və İnkişaf Mərkəzinin əməkdaşı Sevinc Qasımovanın 2 günlük təlimində Gədəbəy gəncləri iştirak ediblər. Onlara özünü düzgün ifadə etmə və dinləmə bacarıqları, emosiyaların idarə olunması, fikrin sərbəst şəkildə ifadə edilməsi barədə məlumat verilib.
Sonra təlimdə qrup işləri görülüb, gənclərin sualları cavablandırılıb.