Sünnət icbari tibbi sığorta hesabına təminata alınıb.
Bu barədə Sumqayıt24-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Prosedur icbari tibbi sığorta hesabına tibbi göstəriş əsasında həyata keçirilir. Əməliyyat xəstənin yaşına və ümumi sağlamlıq vəziyyətinə görə yerli və ya ümumi anesteziya (sedasiya) altında həyata keçirilir. Prosedur təxminən 30 dəqiqə davam edir və əksər hallarda xəstə həmin gün evə buraxıla bilər. Əməliyyat öncəsi müayinə, laborator analizlər, əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibbi sığorta hesabına qarşılanır.
Bu əməliyyatlar icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda həkim göstərişi əsasında həyata keçirilir.