Bakı-Sumqayıt elektrik qatarı gecikib. Sumqayıt24 bu haqda 9 yanvar tarixində Oxu.az-a istinadən xəbər verir.
Sərnişinlərin dediyinə görə, səhər saat 08:00-da Sumqayıtdan hərəkətə başlamalı olan qatar 45 dəqiqə gecikib. Dəmiryol işçiləri bu barədə dolğun məlumat verməyiblər.
Bu müddət ərzində sərnişinlərə turniketlərin yanında gözləməyə imkan verilməyib. Onlar məcburən platformada soyuq hava şəraitində dayanıblar.