Bakı-Sumqayıt sürət qatarı gecikib. Sumqayıt24 bu haqda 14 dekabr tarixində İqtisadiyyat.az-a istinadən xəbər verir.
Pirşağı dəmir yolu stansiyasının yaxınlığında işarə vermə və rabitə xidmətində nasazlıq yaranıb. Nəticədə işıqforlar qırmızı yanıb və saat 07:50-də Sumqayıtdan paytaxta yola düşən qatarda bir neçə dəqiqəlik gecikmə olub. Səbəblər araşdırılır.
Hazırda heç bir problem yoxdur, qatarlar qrafikə uyğun hərəkət edir.