Saray körpüsünün söküntüsü ilə əlaqədar sürücülərin istifadə etdiyi alternativ yol baxımsız vəziyyətdədir.
Sumqayit24.az-ın məlumatına görə, söhbət Saray qəsəbəsinin Gənclik küçəsindən gedir. Küçədə asfalt örtüyü yoxdur və yolun hərəkət hissəsi palçığa batıb. Sakinlər bildirirlər ki, bu vəziyyət nəqliyyatın hərəkətini çətinləşdirir.
"Bu, əsas alternativ yol hesab olunur və “D” TV-yə gedən istiqamətə aparır. Maşınların təkərləri palçıq içində olur. Piyadaların hərəkəti isə ümumiyyətlə mümkünsüzdür. Həmçinin avtomobillər saatlarla tıxacda qalırlar", – deyə şikayətçilər qeyd edirlər.
View this post on Instagram