Sumqayıtın bir hissəsində avtomobillərin hərəkət qaydası dəyişib.
Sumqayit24.az-a bu barədə “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən məlumat verilib. Bildirilib ki, Sülh və Heydər Əliyev prospektlərinin kəsişməsindəki işıqfora yeni seksiya əlavə edilərək, sürücülərin əvvəlki kimi yalnız sol istiqamətdə yox, düz hərəkət etməyi də icazə verilib.