Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.
Sumqayit24.az xəbər verir ki, Böyük Qayıdış Proqramı çərçivəsində bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata - baba yurdlarına qayıdır.
Şuşa şəhərinə 2 ailə (8 nəfər), Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.
Qeyd edək ki, Ballıca kəndinə sonuncu köç dekabrın 27-də olub. Həmin gün Ballıca kəndinə 21 ailə (119) nəfər köçürülüb.