H.Z. Tağıyev qəsəbəsinə gedən yolda yerləşən avtobus dayanacağı baxımsız vəziyyətdədir.
Sumqayit24.az-a bu barədə yerli sakinlərdən şikayət daxil olub. Bildirilir ki, ərazi dəniz kənarında yerləşdiyi üçün soyuq havalarda dayanacaqda avtobus gözləmək çətinləşir. Daim əsən soyuq külək insanları narahat edir.
“Əvvəlki dayanacağı bu yay söküb, yerinə indikini quraşdırıblar. Lakin quraşdırılma zamanı şüşələr qırılıb və o vaxtdan bəri təmir olunmayıb”, - deyə şikayətçilər əlavə ediblər.