Sumqayıtda təhsil ocağında yeni təyinat baş tutub.
Sumqayit24.az-a Abşeron-Xızı Regional Təhsil İdarəsindən verilən məlumata görə, “Təfəkkür” liseyinə yeni rəhbər təyin olunub. Liseyin direktor vəzifəsini Adilə Süleymanova icra edəcək.
Qeyd edək ki, Adilə Süleymanova bundan əvvəl “İstedad” liseyinin və Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru olub.
Nəzrin Vahid