H.Z. Tağıyev qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Apa.az-ın məlumatına görə, hadisə dekabrın 26-da axşam saatlarında qeydə alınıb. 67 yaşlı Sərdar Muradov aralarında baş verən münaqişə zəminində oğlu, 38 yaşlı Şahmar Muradova bıçaqla xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 67 yaşlı S. Muradov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.