top
Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib
24 sentyabr 2024, 04:01
- ↺ +

Təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanın təhsil müəssisələrində professor-müəllim heyətinin tədris işi vaxtı norması müəyyənləşib.

“Report”un məlumatına görə, həmin heyətin ümumi tədris işinin həcmi müxtəlif fəaliyyət istiqamətləri (tədris prosesində birbaşa iştirak, tədris prosesinə hazırlıqla bağlı fəaliyyət, qiymətləndirmə, tələbələrə dəstək, elmi-metodiki və metodiki işlər, elmi tədqiqat fəaliyyəti, peşəkar inkişaf və s.) əsasında formalaşan tədris işinin növlərindən asılı olaraq müəyyən edilir.

Təhsil müəssisələrində tədris işinin aşağıdakı növləri müəyyənləşdirilib:

- qrup (yarımqrup, qrup birləşmə) dərsləri (mühazirə, seminar, praktik məşğələlər);

- laboratoriya işləri;

- fərdi dərslər (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin müəyyən xüsusi fənlər üzrə yaradılan və 1 tələbə ilə aparılan dərs növü);

- əməli dərslər (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə təhsil alan tələbələrin müəyyən xüsusi fənn (ifaçılıq fənləri (müxtəlif ansambllar, kvartet, müşayiət sinfi, xalq rəqs musiqisi və s.); partitura qiraəti, polifoniya, duet, gimnastika və s.) üzrə yaradılan və 2-6 tələbə ilə aparılan dərs növü);

- təhsil müəssisəsindən kənarda keçirilən tematik dərslər (müəyyən mövzu üzrə təhsil müəssisəsindən kənarda keçirilən dərs növü);

- imtahanqabağı məsləhətlər;

- tələbələrin ixtisas üzrə təcrübəsi;

- kurs layihələrinin (işlərinin), buraxılış işinin, dissertasiya işinin (magistratura və doktorantura səviyyələri üzrə) hazırlanması prosesi ilə bağlı işlər (rəhbərlik, məsləhətlərin və rəyin verilməsi və s.);

- cari və aralıq qiymətləndirmənin aparılması, yoxlama işlərinin keçirilməsi, imtahanların qəbulu və s.

Professor-müəllim heyətinə təhsil müəssisəsinin rəhbərinin qərarı ilə 1,5 ştat vahidi həcmində tədris yükü ayrıla bilər. Bundan əlavə onlar könüllü olaraq əməyin saathesabı ödənilməsi qaydasında tədris yükündən 250 saatdan çox olmamaqla əlavə dərs deyə bilərlər. Bu zaman mühazirə, seminar, laborator və praktiki məşğələlərə, eləcə də mədəniyyət, musiqi, incəsənət təmayüllü ixtisaslarda fərdi dərslərə ayrılan vaxtın həcmi illik dərs yükünün 60%-dən az olmamalıdır.

Ali təhsil müəssisəsinin rəhbərinin qərarı ilə elmi uğurları və tədqiqat səriştəsi nəzərə alınaraq elmi tədqiqatlarla məşğul olan professor-müəllim heyətinin (əsas iş yeri həmin ali təhsil müəssisəsi olduqda) illik tədris yükü 40%-dək azaldıla bilər. Bu zaman həmin professor-müəllim heyətinin sayı ali təhsil müəssisəsinin professor-müəllim heyətinin ümumi sayının 5%-dən çox ola bilməz.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:00

Sumqayıtda 3 avtobus marşrutu yenilənəcək - ÖZƏL

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Oxşar xəbərlər