top
Təhsildə rus bölməsi dəbi - RƏY
26 sentyabr 2024, 03:28
- ↺ +

Təhsildə rus bölməsi dəbi - RƏY

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda bir neçə ildir ki, ümumtəhsil məktəblərində rus bölməsi üzrə təhsil almaq istəyənlərin valideynləri yerlərin məhdudluğundan şikayətlənirlər.

Valideynlər bəzi ərazilərdəki məktəblərdə rus bölməsi olmadığından, rus bölməsi olan məktəblərdə isə sıxlığın yarandığını deyirlər. Belə qəsəbələrdən biri də Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsidir. Qəsəbədə 4 məktəb olsa da, heç birində rus bölməsi yoxdur.

zərbaycan məktəblərində rus bölməsinin olması bir sıra müzakirələrə səbəb olur. Bu bölmələr əsasən rusdilli ailələrin uşaqları üçün nəzərdə tutulub. Son vaxtlar ailədə ana dilində danışanların da rus bölməsinə maraq göstərdiyinin şahidi oluruq.

Bəs bu valideynlərin marağının səbəbi nədir? Onlar niyə övladlarının rus bölməsində təhsil almasına can atırlar?

Mövzu barədə Bizim.Media-ya danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib ki, rus dilində tədris aparılan məktəblərin sayı faiz nisbətində çox azdır:

“Hazırda ölkədəki orta təhsil müəssisələrinin sayı 4532-dir. 340 məktəbdə Rus dili və Azərbaycan dili bölmələri üzrə tədris aparılır. Yalnız 17 məktəbdə təhsil ancaq rus dilindədir. Yəni ölkədəki rus dilində tədris aparılan məktəblərin sayı ümumi məktəblərin az hissəsidir.

İldən-ilə valideynlərin rus dilinə marağı artır, onlar övladlarının rusdilli bölmələrdə təhsil almasına xüsusi səy göstərirlər. Heç kimin fikrinə, seçiminə qarışmaq səlahiyyətimiz yoxdur. Sadəcə, bir təhsil işçisi, vətəndaş kimi bəzi mexanizmlərin tam anlaşılmadığını bildirmək istəyirəm.

Əgər bir ailədə uzun illərdir ünsiyyət dili yalnız rus dilidir və orada göz açan uşaq yalnız rus dilində danışırsa, həmin ailənin uşaqlarını rusdilli bölməyə qoyması başadüşüləndir”.

O, rus dili bilməyən uşaqların birdən-birə rus bölməsində təhsil almasının zərərli olduğunu bildirib:

“Ailədə ünsiyyət dili hansıdırsa, o ailədə göz açan uşaq da həmin dildə danışacaq. 6, 7 yaşınadək Azərbaycan dilində danışan bir uşağı biz qəfil rusdilli sinfə alırıq, bu da bir neçə il uşağı düşüncə olaraq iflic vəziyyətinə gətirir.

Valideyn rus bölməsinə xüsusi sevdası səbəbindən öz uşağının təhsil göstəricilərinin fərqində olmur. Valideynin əsaslandırması uşağın orta məktəbdə oxuduğu müddətdə rus dilini öyrənməsidir. Rusdilli tədris  bölməsi rus dilini öyrədən kurs deyil. Rus dilini bilmək təqdirəlayiqdir. Əlbəttə, möhtəşəm ədəbiyyat nümunələri bu dildədir, əmək bazarının tələbləri var. Rus dilini və digər dilləri orta məktəbdə o dildə tədris keçmədən də öyrənmək mümkündür. Yəni, bu, əsassız arqumentdir”.

Ekspert hesab edir ki, burada psixoloji amil də var:

“Burada bir psixoloji amil var. Cəmiyyətdə bəzi insanlar çox tez manipulyasiya oluna bilirlər. Kütləvi şəkildə universitet oxumağa maraq da bundan irəli gəlir. Bunlar hamısı “qonşudan geri qalma” narahatlığıdır.

Gender bərabərsizliyinin əleyhinəyəm, amma daha çox analar bunu istəyirlər. Yəni seçim əsaslandırılmış olmalıdır. Onda əsalandırılmış olardı ki, rus dilli məktəblərdə tədrisin keyfiyyəti Azərbaycan dilli məktəblərdən yaxşı olardı, ordakı uşaqların təhsil göstəriciləri yüksək olardı. Bu da əksinədir”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 10:23

İşləmək istəməyənlər də uçota alınacaq

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Oxşar xəbərlər