Sumqayıtda “Təhsildə yeni çağırışlar” adlı regional konfrans keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, tədbir dekabrın 25-də baş tutacaq. Konfrans Abşeron – Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün nəzərdə tutulur.
Tədbirdə iştirak etmək istəyən hər müəllim şəxsi “Facebook” profilində öyrənmə prosesini əks etdirən hər hansı şəkil ilə "Biz xoşbəxt və təhsilli vətəndaş yetişdirmək məqsədi ətrafında həmrəyik!” cümləsini qeyd edərək hər kəsə açıq formada #dahatəhsilligələcək həştəqi ilə paylaşmalıdır. Sonra isə link vasitəsilə qeydiyyatdan keçməlidir.
Qeyd edək ki, konfransda iştirak üçün yalnız seçilmiş şəxslərlə əlaqə saxlanılacaq. Yekunda isə iştirakçılara sertifikat veriləcək.