Sumqayıtda bəzi sürücülər hərəkətə mane olurlar.
Sumqayıt24 xəbər verir ki, sözügedən problem “Sülh” plazanın yanında, Bakı küçəsi ilə Sülh prospektinin kəsişməsində yaşanır. Şikayətçilərin iddiasına görə, taksi sürücüləri avtomobillərini yolun ortasında, işıqforun önündə saxlayırlar. Bununla da, sağa dönmə əməliyyatını icra etmək istəyən sürücülərə və yolu keçən piyadalara çətinlik yaradırlar.
“Taksiçiləri də anlayırıq, evlərinə çörək aparmaq üçün səhər-axşam çalışırlar. Onlar üçün xüsusi yer ayrılsa, bu problem öz həllini tapar”, - deyə sakinlərdən biri əlavə edib.