Sumqayıtda tələbə qızı oğurlayan Sadiq Nəbiyevin (şərti) hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Bu haqda 12 iyul tarixində Sumqayıt24 Pravda.az-a istinadən məlumat verir.
Sumqayıt Apellyasiya Məhkəməsində hakim Azər İsmayılovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nəbiyev 6 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Daha öncə hadisənin təfərrüatları haqda məlumat vermişdik.