Sumqayıtda "Erasmus+ proqramı" mövzusunda seminar keçirilib. Sumqayıt24 bu haqda 13 fevral tarixində xəbər verir.
Görüş Heydər Əliyev Mərkəzində təşkil olunub. Erasmus+ Gənclik və Avropa Həmrəylik Korpusu üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Sevinc Qasımova "Avropada könüllülük imkanları" və "Erasmus+ proqramı" mövzularından söz açıb.
Seminarda Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, 1 və 2 saylı "ASAN xidmət" mərkəzlərinin könüllüləri iştirak ediblər.