Sumqayıtda “Təqvimdə Fibonaççi” adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 24 noyabr tarixində Sumqayıt Dövlət Universitetinə istinadən xəbər verir.
SDU-nun 60 illik yubileyinə həsr olunmuş tədbir Riyaziyyat fakültəsinin təşkilatçılığı ilə həyata keçirilib.
Əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib. Çıxış edən dosent Xalidə Həsənova universitetin 60 il ərzində keçən bir çox tarixi nailiyyətlərdən bəhs edib. O bildirib ki, bu gün burada “Fibonaççi” adlı intellektual oyun da keçiriləcək. Daha sonra tələbələrin hazırladığı “Fibonaççi ardıcıllığı”na həsr olunmuş təqdimatlar və səhnəciklər nümayiş olunub. Bu ardıcıllığın tarixi, istifadə sahələri, sənətdə və musiqidə yeri haqqında maraqlı məlumatlar verilib. Yarışın qaliblərinə diplomlar təqdim edilib.
Tədbirdə respublikamızın tanınmış incəsənət xadimləri və digər gənc sənətçilər ifaları ilə SDU kollektivini təbrik ediblər.