Tələbələr arasında minifutbol üzrə ölkə çempionatı keçirilib. Sumqayıt24 bu barədə 6 dekabr tarixində Sumqayıt Dövlət Universitetinə istinadən xəbər verir.
SDU-nun 60 illik yubileyinə həsr olunmuş yarışda 16 komanda mübarizə aparıb. Çempionatda ali təhsil müəssisəsinin minifutbol üzrə komandası da iştirak edib.
Turnir Elm və Təhsil Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, AFFA, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və “Azfar Group” QSC-nin dəstəyi ilə həyata keçirilib.