Sumqayıt Tibb Mərkəzinin nəzdində qurulacaq Təlim və Simulyasiya Mərkəzində hazırlıq işləri tamamlanır. Bu barədə 1 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) layihəsi çərçivəsində mərkəzə baxış keçirilib. Burada mütəxəssislər, şöbə müdirləri və direktorlar iştirak ediblər.