Sumqayıtlı rəssam Tofiq Əhmədov həyatından bəhs edib. Bu haqda 9 dekabr tarixində Azertag.az-a istinadən xəbər veririk.
O, 1967-ci ildə Bakıda təşkil olunan sərgidə əfsanə sayılan Səttar Bəhlulzadə ilə görüşüb. Bu görüş Tofiq Əhmədovun xəyalına belə gəlməzdi.
Daha sonra, Göyçayda orta məktəbi bitirən rəssam 1969-cu ildə Sumqayıta köçüb. Bakıda qeydiyyata düşmək çox çətin olduğu üçün o, Sumqayıtı seçib. Burada kimya müəssisəsində işə düzələrək qeydiyyat məsələsini həll edib. Həyatının 53 ilini bu şəhərə bağlayaraq rəssamlıq təhsili alır, hətta Sumqayıtın yaradıcı şəxslərindən biri kimi tanınır.
Tofiq Əhmədov realizm və kompozisiya janrında işləməyi sevir. Kətanda yağlı və sulu boya ilə portret, mənzərə janrlarına xüsusi üstünlük verir. Onun əsərlərində bütün bölgələrimizə xas elementlər tapmaq olur. [modula id="28463"]