Sumqayıtlı tanınmış vəkil Əsabəli Mustafayev reanimasiyaya yerləşdirilib.
Bu barədə Qaynarinfo-ya vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib.
Onun sözlərinə görə, vəkil 3-cü dəfə insult keçirib:
"Vəziyyəti çox ağırdır, danışa bilmir, nitqi tamamilə itib. Dünən 3-cü dəfə insult keçirib. Hazırda Sumqayıtdakı 2 nömrəli xəstəxananın reanimasiya şöbəsindədir. Yanına heç kəsi buraxmırlar".
Zemfira Mustafayeva bildirib ki, indi ümidləri yalnız Allaha qalıb.
Qeyd edək ki, bir müddət öncə Əsabəli Mustafayevin səhhətində problemlər yaranmışdı. Vəkil insult diaqnozu ilə adıçəkilən xəstəxanada müalicə alıb.