“İcbari sığortalar haqqında” qanuna əsasən, hava nəqliyyatında səyahət edən sərnişinlərin həyatı və sağlamlığı icbari şəkildə sığorta olunur.
Bunu Avtosfer.аz-a müsahibəsində hüquqşünas Samir Qasımov bildirib.
“Hər bir sərnişinin vəfat etməsi halında, 5000 AZN sığorta şirkəti tərəfindən onların vərəsələrinə ödənilməlidir. AZAL öz məsuliyyətini hansı şirkətdə sığortalayıbsa, həmin şirkət ödənişləri həyata keçirəcək. Hər bir halda icbari sığorta bürosu AZAL ilə müqaviləsi olmasa belə, o məbləği ödəyəcək”, - deyə hüquqşünas əlavə edib.
Hüquqşünas sonda vurğulayıb ki, qanunda olmasa belə dövlət zərərçəkənlərin ailələrinə yardım göstərə bilər.
