Sumqayıt şəhər 1 nömrəli xəstəxanada tibb işçiləri üçün maarifləndirici təlim keçirilib. Bu haqda 18 fevral tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər veririk.
Seminar laborator analizlərdəki yeniliklər və analizlərin rasional qaydada seçilməsinin təkmilləşdirilməsi məqsədilə təşkil olunub. Mütəxəssis, cərrah mama-ginekoloq Nigar Almədədova "Hamiləlik zamanı rutin laborator testlər" mövzusunda məruzəçi kimi çıxış edib. O, bu sahədə olan yenilikləri iştirakçıların diqqətinə çatdırıb. Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.