Sumqayıtda “Tibbi alətlərin dezinfeksiyası və sterilizasiyası" mövzusunda seminar keçirilib. Sumqayıt24 bu barədə 30 noyabr tarixində Sumqayıt Tibb Mərkəzinə istinadən xəbər verir.
Tibb müəssisələrinin baş tibb bacılarının qatıldığı tədbir 4 nömrəli Şəhər Xəstəxanasında baş tutub. Tibb bacısı Rəqsanə Rzayeva mövzu ilə bağlı geniş təqdimatla çıxış edib. Bu sahədə mövcud olan qaydalar haqqında geniş məlumat verilib.