Bakı-Quba yolunda TIR sürücüsü sükan arxasında vəfat edib.
“APA”-nın məlumatına görə, hadisə magistral yolun Sumqayıt ərazisindən keçən hissəsində qeydə alınıb. Türkiyə vətəndaşı olan 58 yaşlı Orhan Yıldırım yük maşını hərəkətdə olarkən vəziyyəti pisləşib. Sürücü yük avtomobilini saxladıqdan sonra dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.