Mərkəzi Uşaq Kitabxanasında “Varlığın sevincdir, yoxluğun kədər” adlı tədbir keçirilib. Sumqayıt24 bu barədə 12 dekabr tarixində Sumqayıt MUK-ya istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı təşkil olunan tədbirdə 11 nömrəli tam orta məktəbin 3d sinif şagirdləri iştirak ediblər. İlk öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Heydər Əliyevin həyatı və Azərbaycan xalqı, dövləti üçün gördüyü çoxşaxəli fəaliyyətindən bəhs ediblər.
Yığıncaq məktəblilərin ifasında görkəmli dövlət xadiminə həsr edilən şeirlər və mahnılarla davam edib. Sonda iştirakçılar “Yaşayan və yaşadan lider” adlı kitab sərgisi ilə tanış olublar.