Sumqayıt Dövlət Universitetinin (SDU) komandası debat üzrə yarışmanın qalibi olub. Bu barədə 5 dekabr tarixində Sumqayıt24 xəbər verir.
BANM Debat və Psixologiya klublarının təşkil etdiyi birincilik universitetlər arasında keçirilib. Finalda UNEC-in "Oxutmuram əl çəkin" komandası ilə qarşılaşan SDU-nun "İnkarın toqquşması" kollektivi qələbəyə sevinib. Hər üç spikerimiz isə “Ən yaxşı natiq” nominasiyasına layiq görülüb.
Sonda hər iki komandaya dəyərli hədiyyələr, kubok və sertifikatlar təqdim edilib.