Sumqayıtda azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. Bu barədə 22 noyabr tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
Nazirliyin "112" qaynar xəttinə daxil olan müraciətdən sonra çağırış ünvanına xilasetmə qüvvələri cəlb olunub. Əməkdaşlar giriş qapısını açaraq nəzarətsiz qalmış uşağın yardımına çatıblar.