Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib. Bu barədə Sumqayıt24 xəbər verir.
Tədbir Xalq çalğı alətləri şöbəsinin saz sinfinin 1-ci yarımil üçün yekunlarına həsr olunub. Saz müəllimi Nurlan Məmmədli konsertin əsas məqsədlərindən danışıb. Sonra şagirdlər solo, duet və qrup şəklində ifalarını təqdim ediblər. Musiqi nömrələrindən sonra məktəbin direktoru Samir İsmayılov iştirakçıları fəxri fərmanlarla təltif edib.