Sumqayıtda tələbələr arasında intellektual bilik yarışı keçirilib. Bu haqda 1 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın 130 illik yubileyinə həsr edilmiş yarışda 8 komandanın tərkibində 32 nəfər tələbə iştirak edib.
Qaliblər və iştirakçılar şairin həyat və yaradıcılığına həsr edilmiş ədəbi-bədii gecədə mükafatlandırılacaqlar.
Qeyd edək ki, birincilik Heydər Əliyev Mərkəzi və Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən təşkil olunub.