Sumqayıtda “İfadə azadlığının sərhədləri” mövzusunda sessiya baş tutacaq.
Sumqayıt24.az xəbər verir ki, “Gənclər üçün hüquqi savadlılıq” layihəsi çərçivəsində təşkil edilən sessiya Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Sumqayıt regional vəkil bürosunun rəhbəri Anar Qasımlı tərəfindən keçiriləcək. Tədbir sentyabrın 27-də saat 11:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən reallaşır.