top
Vətən müharibəsinin 12-ci günü - XRONİKA
07 oktyabr 2024, 13:01
- +

Vətən müharibəsinin 12-ci günü - XRONİKA

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Sumqayıt24.az xatırladır ki, döyüşlərin 12-ci günü (08.10.24) səhər saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncə, Goranboy, Tərtər və Ağdam rayonlarının kəndlərini ağır artilleriyadan atəşə tutması nəticəsində 1 mülki şəxs həlak olub, 1 mənzil dağılıb.

Saat 8:00-da Ermənistan silahlı qüvvələri Bərdə və Ağcabədi rayonlarının kəndlərini də atəşə tutub.

Düşmən ordusunun Goranboy rayonunu müxtəlif istiqamətlərdən atəşə tutması nəticəsində rayonun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Xocalı Rayon Polis Şöbəsinin inzibati binasına, o cümlədən qəsəbə ərazisində çoxsaylı mülki infrastruktur obyektlərinə və yaşayış evlərinə, Qaraçinar kənd tam orta məktəbinə külli miqdarda ziyan dəydi. Elə həmin saatlarda düşmən Ağdamı yenidən raket atəşinə tutub. Nəticədə rayonun Böyükbəyli kəndinə düşən mərmi səbəbindən 2 mülki şəxs xəsarət alıb.

Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Oğuz rayonunun Xaçmaz kəndi sahəsində uçuş keçirməyə cəhd göstərərkən məhv edilib.

Saat 11:30-da isə Ermənistan silahlı qüvvələri Bərdə şəhərini yenidən atəşə tutdu. Bərdə şəhərinin mərkəzində yerləşən "Qədim Bərdə" restoranına raketin düşməsi nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildi. Eyni zamanda, Bərdə şəhər 5 nömrəli tam orta məktəbin yaxınlığına düşən raketlər 5 mülki şəxsin yaralanmasına səbəb oldu, o cümlədən məktəbin binasına və çoxsaylı nəqliyyat vasitələrinə ziyan dəyib.

Ermənistan silahlı qüvvələri həmçinin "Toçka-U" taktiki raket kompleksindən Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə Smerç reaktiv yaylım atəş sistemi vasitəsilə raket zərbələri endirib.

Gündüz saatlarında yerdəyişməyə cəhd göstərən düşmənin döyüş texnikası və hərbi kolu da artilleriya atəşi ilə məhv edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:53

19 yaşında Vətən üçün canından keçən Nicatın doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:23

124 min uşaq üçün ilk zəng çalınır

Bütün xəbərlər
Bu gün, 07:00

Azərbaycanda bu gün Bilik Günüdür

Bütün xəbərlər
Dünən, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
Dünən, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Bütün xəbərlər
Dünən, 17:35

Emin Əmrullayev: "Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi aparılacaq"

İdman
Dünən, 17:15

Nə "Sumqayıt"da, nə də "Partizan"da üzü gülmədi – Saşa İliçdən antirekord

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtın bu yolunda sürücülər əziyyət çəkir

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda "Bilik günü" günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 16:14

Emin Əmrullayev: "Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar açıqlanacaq"

İdman
Dünən, 15:45

"Əlimdən gələn hər şeyi edəcəyəm" – "Sumqayıt"ın yeni transferi söz verdi

Bütün xəbərlər
Dünən, 15:45

Çimərlik mövsümünün son gününün havası

Bütün xəbərlər
Dünən, 15:15

Şəriətdə süni intellekt məsələsi - Allahşükür Paşazadə nə düşünür?

Bütün xəbərlər
Dünən, 14:46

Sumqayıtda qardaş qardaşı maşınla vurdu

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıtın problemli küçəsi asfaltlanır - VİDEO

Bütün xəbərlər
Dünən, 13:45

Sabahdan Bakı metrosunda intervallar azaldılır

Bütün xəbərlər
Dünən, 13:15

Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Bütün xəbərlər
Dünən, 12:45

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda sakinlərin dincliyini pozan problem - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:45

SDU-dan beynəlxalq elmi uğur

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıt gənclərini BÖYÜK TƏDBİR gözləyir

Bütün xəbərlər
Dünən, 10:47

Sumqayıtda azyaşlının ayağı velosipeddə sıxılıb qaldı

Oxşar xəbərlər