top
Vətən müharibəsinin 15-ci günü - düşmən Gəncəni bombalayıb
10 oktyabr 2024, 13:01
- ↺ +

Vətən müharibəsinin 15-ci günü - düşmən Gəncəni bombalayıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsinin başlamasından 4 il 15 gün ötür. 11 oktyabr 2020-ci ildə Azərbaycananın Qüdrətli ordusu mənfur düşmənin çox sayda texnikasını sıradan çıxarıb, hücuma cəhd edən canlı qüvvəsini məhv edib.

Ermənistan isə gecə yarısında Gəncəni raket atəşinə tutub. Mülki əhalinin ölümünə səbəb olub.

Sumqayit24.az həminin günün xronikasını təqdim edir:


  • Ermənistan Gəncənin dinc sakinlərini növbəti dəfə hədəfə alıb. Gecə saatlarında şəhərə atılan raketlərdən bir neçəsi yaşayış binalarına düşüb. Ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.

  • Ermənistan silahlı qüvvələri gecə saat 2 radələrində Gəncə şəhərini raket atəşinə tutub. İlkin məlumata görə xain hücum nəticəsində 3-ü qadın olmaqla 7 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb. Həmçinin 10-dan çox çoxmənzilli yaşayış binasına və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.

  • Gəncədə düşmənin raket atəşi nəticəsində dağılan binada axtarış-xilasetmə işləri yekunlaşıb. Dağıntılar altından xəsarət almış 17 nəfər və 9 cəsəd çıxarılıb.

  • Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərində mülki əhaliyə qarşı törətdiyi qanlı terror aktı ilə bağlı dünya birliyinə müraciət edib.

  • Azərbaycan Ordusu cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, sursatla dolu 5 yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd hava hücumundan müdafiə sistemi və radiolokasiya stansiyasını sıradan çıxarıb.

  • Düşmənin gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 kilometr uzaqdakı Mingəçevirə atdığı raketləri Ordumuzun Hava Hücumundan müdafiə qüvvələri zərərsizləşdirib.

  • İtirdikləri mövqeləri geri qaytarmaq məqsədilə oktyabrın 10-dan 11-nə keçən gecə hücuma cəhd göstərən düşmənin qüvvə və vasitələrini Azərbaycan Ordusunun bölmələri məhv edib.

  • Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 11 oktyabr saat 13:00-a olan məlumata görə, 41 mülki şəxs həlak olub, 205 nəfər isə xəsarət alıb, 1165 ev, 57 çoxmənzilli yaşayış binası və 146 mülki obyekt yararsız vəziyyətə düşüb.

  • Erməni faşistləri cəbhənin Füzuli-Cəbrayıl istiqamətində dinc əhalinin yaşadığı əraziyə “Toçka-U” raketi atıblar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Oxşar xəbərlər