top
Vətən müharibəsinin 23-cü günü - Düşmən rayonlarımızı atəşə tutub
18 oktyabr 2024, 13:01
- ↺ +

Vətən müharibəsinin 23-cü günü - Düşmən rayonlarımızı atəşə tutub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vətən müharibəsinin 23-cü günündə Azərbaycan ordusu düşməni əzəli torpaqlarımızdan qovmağa davam edib. Hərbçilərimiz misli görünməyən döyüş əməliyyatlarını xüsusi dəqiqliklə aparıb.

Bunun nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin canlı heyəti, 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib.

Sumqayit24.az 18 oktyabr 2020-ci ildə baş verənlərin xronikasını təqdim edir:

Düşmənin xain təxribatları davam etməkdə idi. Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər və Ağdam rayonlarının ərazisini minaatanlar və toplardan atəşə tutub. Düşmən qüvvələrinin humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Tərtəri atəşə tutmağa davam etməsi nəticəsində 1 nəfər ağır yaralanıb. Saat 11:10-dan başlayaraq isə Berd rayonu istiqamətindən Tovuz rayonunu, Vardenis rayonu istiqamətindən isə Daşkəsən rayonu ərazisindəki Ordumuzun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutulub.

Həmçinin Ermənistan silahlı qüvvələri hərbi əməliyyatlar aparılan ərazidən təxminən 300 kilometrdən artıq məsafədə yerləşən Xızı rayonuna raket zərbələri endirməyə cəhd göstərib. Lakin Ordumuzun hərbi hava hücumundan müdafiə qüvvələri bunun qarşısını alıb.

Saat 15:00-da düşmənin Ağdam rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutması nəticəsində Bənövşələr qəsəbəsində 2 nəfər xəsarət alıb.

Eyni zamanda AZTV-nin əməkdaşları raket hücumuna məruz qalıblar. 1 nəfər isə xəsarət alıb.

Saat 17:00-da Ermənistan silahlı qüvvələri Tərtər və Ağdam rayonlarının yaşayış məntəqələrini yenidən artilleriya atəşinə tutub.

Prezident İlham Əliyev özünün “X” səhifəsində (keçmiş "Twitter") Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərinin işğaldan tam azad edildiyini açıqlayıb.

Son xəbərlər

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Oxşar xəbərlər