top
Vətən müharibəsinin 26-ci günü - mühüm ərazi və yüksəkliklər azad edilib
21 oktyabr 2024, 13:01
- +

Vətən müharibəsinin 26-ci günü - mühüm ərazi və yüksəkliklər azad edilib

Vətən müharibəsinin 26-ci günü hərb tariximizdə şanlı və parlaq qələbələrlə yadda qalıb. Həmin gün igid Azərbaycan əsgəri düşmənin tapdağı altında qalan bir sıra yaşayış məntəqələrini işğaldan qurtarıb. Həmçinin Ermənistanın canlı qüvvəsini və texnikası yerlə bir edib.

Sumqayit24.az hər günü bir qəhrəmanlıq dastanı olan 44 günlük müharibənin gedişini xronoloji ardıcıllıqla təqdim edir.

                                                  22 oktyabr 2020-ci il


  • Azərbaycan Ordusu Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli, Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndlərini işğaldan azad edib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi "X" (əvvəl "Twitter") səhifəsində bildirib.

  • Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi işğaldan azad edilib. Bu barədə Prezident İlham Əliyev özünün rəsmi "X" (əvvəl "Twitter") səhifəsində məlumat verib.
    • Prezident İlham Əliyev Türkiyə Respublikasının Baş Ombudsmanını qəbul edib.
    • Cəbhənin Qubadlı istiqamətində Ermənistan silahlı qüvvələrinin müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək mühüm yüksəkliklərdən və bir sıra mövqelərdən geri çəkilməyə məcbur edilib. Düşmənin Xocavənd istiqamətində mövqe tutan 155-ci artilleriya alayının D-20 batareyasının şəxsi heyəti arasında çoxlu sayda yaralanan var. Hadrut qəsəbəsindən şimalda yerləşən artilleriya bölmələrinə yeni gətirilmiş erməni könüllülər atəş mövqelərini tərk edərək qaçıb. Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayın müdafiə sahəsinə endirilən artilleriya zərbələri nəticəsində düşmən çoxsaylı itkilər verib. 543-cü alayın müdafiə sahəsinə endirilən atəş zərbələri nəticəsində şəxsi heyət arasında xeyli itki olub. 1-ci taborun bir bölüyünün şəxsi heyəti isə döyüşə girməkdən imtina edib.
    • Müdafiə Sənayesi Nazirliyinin müəssisələri yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının seriyalı istehsalına başlayıb.
    • Ermənistan ordusu Oğuz-Qəbələ-Bakı su kəmərini hədəfə alaraq raket atıb.
    • Ermənistan ordusunun hərbçiləri döyüşlərdə iştirakdan imtina edir. Yerli sakinlər övladlarının döyüşlərdə iştirak etməsinə etiraz əlaməti olaraq bəzi avtomobil yollarını bağlayıblar. Hadrutdan şimaldakı müdafiə zolağında və Ağdərədəki 5-ci dağatıcı alayın müdafiə sahəsindəki hərbçilərə qohumları və tanışları telefonla zəng edərək onlara silahı yerə qoyub geri çəkilmələri barədə çağırış edir. Düşmən bölmələrində ərzaq, yanacaq və döyüş sursatlarının çatışmadığı barədə də məlumatlar daxil olur.
    • Müdafiə Nazirliyi düşmən ordusunun ələ keçirilən növbəti hərbi texnikalarının videogörüntüsünü paylaşıb.
    • Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.
    • Düşmənin Siyəzən istiqamətində atdığı ballistik raket dənizə düşüb.
    • Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin düşmənin atəş nöqtələrinə və mövqelərinə dəqiq və sarsıdıcı zərbələr vurmasını əks etdirən videogörüntüləri təqdim edib.
    • Azərbaycan Ordusunun cəbhənin Qubadlı, Xocavənd və Ağdərə istiqamətində keçirdiyi əməliyyatlar nəticəsində Ermənistan silahlı qüvvələri şəxsi heyət və döyüş texnikası baxımından ağır itkilər verərək mühüm yüksəkliklərdən və bir sıra mövqelərdən geriyə çəkilməyə məcbur edilib. 155-ci artilleriya, 5-ci dağatıcı və 543-cü alaylarına ordumuzun vurduğu artilleriya zərbələri nəticəsində komandir heyəti daxil olmaqla, çoxlu sayda canlı qüvvə məhv edilib, yaralanıb və itkin düşüb. Düşmənin yeraltı sığınacaqları dağıdılıb.
    • Suqovuşan və Talış kəndlərinə gedən tarixi yolların bərpasına başlanılıb.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 19:30

Sumqayıtlı aktirsa: "Evindən xəbəri olmayan sənə ağzına gələni yazır"

Bütün xəbərlər
Dünən, 19:00

SDU aliminin məqaləsi nüfuzlu jurnalda

Bütün xəbərlər
Dünən, 18:20

Sumqayıtda çayxana səkiyə "çıxıb"? - İDDİA

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıtda mağaza açıldı, qonşu obyektə ziyan vuruldu

Bütün xəbərlər
Dünən, 17:35

Emin Əmrullayev: "Yaxın həftə, yaxud aylarda müəllimlərin ikinci sertifikasiya prosesi aparılacaq"

İdman
Dünən, 17:15

Nə "Sumqayıt"da, nə də "Partizan"da üzü gülmədi – Saşa İliçdən antirekord

Bütün xəbərlər
Dünən, 16:45

Sumqayıtın bu yolunda sürücülər əziyyət çəkir

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda "Bilik günü" günü hava belə olacaq

Bütün xəbərlər
Dünən, 16:14

Emin Əmrullayev: "Yaxın günlərdə müəllimlərin geyimi ilə bağlı yeni qaydalar açıqlanacaq"

İdman
Dünən, 15:45

"Əlimdən gələn hər şeyi edəcəyəm" – "Sumqayıt"ın yeni transferi söz verdi

Bütün xəbərlər
Dünən, 15:45

Çimərlik mövsümünün son gününün havası

Bütün xəbərlər
Dünən, 15:15

Şəriətdə süni intellekt məsələsi - Allahşükür Paşazadə nə düşünür?

Bütün xəbərlər
Dünən, 14:46

Sumqayıtda qardaş qardaşı maşınla vurdu

Bütün xəbərlər
Dünən, 14:15

Sumqayıtın problemli küçəsi asfaltlanır - VİDEO

Bütün xəbərlər
Dünən, 13:45

Sabahdan Bakı metrosunda intervallar azaldılır

Bütün xəbərlər
Dünən, 13:15

Dövlət dəstəyi alan özəl bağçalara uşaqların qeydiyyatı başlayır

Bütün xəbərlər
Dünən, 12:45

İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı təqdim olunub

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda sakinlərin dincliyini pozan problem - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:45

SDU-dan beynəlxalq elmi uğur

Bütün xəbərlər
Dünən, 11:15

Sumqayıt gənclərini BÖYÜK TƏDBİR gözləyir

Bütün xəbərlər
Dünən, 10:47

Sumqayıtda azyaşlının ayağı velosipeddə sıxılıb qaldı

Bütün xəbərlər
Dünən, 10:25

Bu gün hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 10:15

BDYPİ-dən yeni tədris ilinin başlanması ilə bağlı müraciət

Bütün xəbərlər
Dünən, 09:45

Sumqayıtda qəza - İki maşına ciddi ziyan dəydi

Oxşar xəbərlər