top
Vətən müharibəsinin 9-cu günü - Düşmən Mingəçeviri raket atəşinə tutub
04 oktyabr 2024, 13:01
- ↺ +

Vətən müharibəsinin 9-cu günü - Düşmən Mingəçeviri raket atəşinə tutub

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Müharibənin 9-cu günündə (05.10.2020) Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı və Məzrə kəndlərini, eləcə də müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad edib. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu barədə “X” platformasındakı səhifəsində paylaşım edib.

Sumqayit24.az xəbər verir ki, ordumuzun zərbələri nəticəsində Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi və 3 tankı məhv edilib. Aprel döyüşlərində düşmənin 6 tankını məhv etdiyinə görə “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş gizir Tahir Misirxanov Vətən müharibəsinin gedişində Ermənistan ordusunun daha 11 zirehli texnikasını sıradan çıxarıb.

Səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə raket buraxılışını qeydə alıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən intensiv atəşə tutması nəticəsində oktyabrın 5-i saat 16:00-a olan məlumata görə, həlak olmuş mülki şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib.

İşğalçı ölkənin silahlı qüvvələri cəbhə bölgəsindən 100 kilometrdən artıq uzaqlıqdakı Mingəçevir şəhərinin yaşayış məntəqələrini raket atəşinə tutub; nəticədə 5 nəfər yaralanıb.

Ermənistan ordusunun Cəbrayıl istiqamətində atıb qaçdığı xeyli sayda silah-sursatı, döyüş və avtomobil texnikası qənimət götürülüb.

Ermənistan ordusunun bölmələri müharibə cinayətlərini davam etdirərək Ağcabədi, Bərdə, Gəncə və Mingəçevir şəhərlərini, Tərtər rayonunun Əskipara kəndini, Ağdam rayonunun Xındırıstan kəndini və cəbhəyanı ərazilərdəki digər yaşayış məntəqələrini ağır silahlardan və artilleriya qurğularından atəşə tutub. Nəticədə onlarla mülki infrastruktur obyekti sıradan çıxıb, əhalinin əmlakına külli miqdarda ziyan dəyib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:48

Sumqayıtda tanınmış xanəndənin həyat yoldaşı həbs edildi

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Oxşar xəbərlər