top
Vətən müharibəsinin xronikası: 29 oktyabr
18 oktyabr 2024, 13:01
- +

Vətən müharibəsinin xronikası: 29 oktyabr

44 günlük Vətən müharibəsinin başlamasından 4 il 33 gün ötür. Azərbaycan Ordusunun haqq savaşı nəticəsində torpaqlarımız erməni işğalçılarından təmizləndi.

Sumqayit24.az 2020-ci il oktyabrın 29-u, müharibənin 33-cü günündə baş verənlərin xronikasını təqdim edir:

Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum cəhdlərinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti arasında ölən və yaralananlar olub. Dəqiq atəş zərbələrinə tab gətirə bilməyən düşmən itki verərək geri çəkilməyə məcbur edilib. İşğalçı ordunun xeyli sayda canlı qüvvəsi, iki ədəd T-72 tankı, iki ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 14 ədəd müxtəlif tipli top və bir neçə dayaq məntəqəsi ilə altı ədəd avtomobil texnikası sıradan çıxarılıb.

Ermənistan ordusunun yüksək rütbəli bir neçə zabiti məhv edilib.

Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri geri çəkilməyə məcbur edilir. Düşmən xeyli itki verir, onun döyüş texnikası sıradan çıxarılıb.

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq sentyabrın 27-də başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində indiyədək düşmənin xeyli sayda döyüş texnikası və hərbi sursatı məhv edilərək sıradan çıxarılıb və qənimət götürülüb. Düşmənin ümumi itkiləri 2,7 milyard dollar dəyərində qiymətləndirilib.

Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürüb.

Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisinə 13 ballistik raket atıb.

Bərdədə mülki infrastruktur və dinc əhalini atəşə tutan düşmən bölmələri, işğalçı ordunun qüvvə və vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən darmadağın edilib.

Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Ermənistanın işğal olunmuş ərazilərimizdə mədəni sərvət və əmlakı məhv etməsi və talaması ilə bağlı cinayət işi başlanıb.

Ermənistanın təxribatları nəticəsində həlak olan mülki şəxslərin sayı 90-a çatıb, 392 nəfər xəsarət alıb.

Son xəbərlər

İdman
Bu gün, 18:40

Sumqayıtın klubu liqadan uzaqlaşdırıldı

Bütün xəbərlər
Bu gün, 18:05

Sumqayıtda sabah hava yağışlı olacaq?

Bütün xəbərlər
Bu gün, 17:30

Hacı Zeynalabdin qəsəbəsində silah-sursat tapıldı

Bütün xəbərlər
Bu gün, 16:45

Prezidentin təltifi sumqayıtlı şəhidin anasına təqdim olundu

Bütün xəbərlər
Bu gün, 16:02

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
Bu gün, 15:22

Sumqayıtlı azyaşlı şəhidimizin doğum günüdür…

İdman
Bu gün, 14:40

"Sumqayıt"dan əsrin antirekordu

Bütün xəbərlər
Bu gün, 14:00

Qaydaları heçə sayan daha bir "7 nömrə"...

Bütün xəbərlər
Bu gün, 13:15

Sumqayıtda işıqforun düyməsi "cərəyan saçır"

Bütün xəbərlər
Bu gün, 12:35

Sumqayıtda elektrik borcu səbəbindən uşaqlar məşqsiz qaldı

Bütün xəbərlər
Bu gün, 11:54

Vətən müharibəsinin igid əsgəri Azər Salmanovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 11:13

Kirayə mənzillərin qiyməti artacaq?

Bütün xəbərlər
Bu gün, 10:33

Sumqayıtda beynəlxalq axtarışa verilən şəxs saxlanıldı

Bütün xəbərlər
Bu gün, 09:52

"Stansiya Sumqayıt"da sürücüləri ziyana salan yol

Bütün xəbərlər
Bu gün, 09:11

Sumqayıtın seysmik xəritəsi hazırlanır

Bütün xəbərlər
Dünən, 19:00

Qəbul imtahanında iştirak etmək istəyənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Dünən, 18:30

Sumqayıtda uşaqlar üçün riskli yol

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda çalışmış keçmiş məmurun oğlunun güllələdiyi müəllim işdən çıxıb?

Bütün xəbərlər
Dünən, 17:00

Sumqayıtda qəzalı xəstəxana ilə bağlı addım - Köçürülmə baş tutdu

Bütün xəbərlər
Dünən, 16:22

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 15:40

Sumqayıt məktəblərini YENİLİK GÖZLƏYİR

Bütün xəbərlər
Dünən, 14:57

Sumqayıt-İsmayıllı marşrutu bu şəxsə verildi

Bütün xəbərlər
Dünən, 14:16

Prezident onları təltif etdi - SİYAHI

İdman
Dünən, 12:55

"Sumqayıt" 50-ci səfər qələbəsini qazanıb

Oxşar xəbərlər