Sumqayıt Reabilitasiya Mərkəzinə infotur təşkil olunub. Bu haqda 5 aprel tarixində Sumqayıt24 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən məlumat verir.
İnfoturda iştirak edən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri mərkəzdə yaradılan şəraitlə, burada əlilliyi olan şəxslərə göstərilən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri ilə tanış olublar.
Görüşdə reabilitasiya sahəsində görülən işlərə dair fikir mübadiləsi aparılıb, qonaqların rəy və təklifləri dinlənilib.
Tədbir QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.