Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Baxış Şöbəsinin rəisi Mərdan Əliyev vəzifəsindən azad edilib.
Sumqayit24.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Hələlik Mərdan Əliyevin yerinə təyinat yoxdur.
Qeyd edək ki, Mərdan Əliyev bir müddət Sumqayıt Şəhər YPX-nin komandiri olub.