top
Vergidən yayınan təhsil kurslarını hansı CƏZA gözləyir?
14 yanvar 2025, 04:37
- ↺ +

Vergidən yayınan təhsil kurslarını hansı CƏZA gözləyir?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məktəblərdə tədrisin keyfiyyətinin aşağı olması, tədris proqramlarının ağırlığı, qəbul imtahanlarının ildən-ilə mürəkkəbləşməsi yuxarı sinif şagirdlərinin daha çox fərdi hazırlığa – repetitor yanına və təhsil kurslarına üz tutmaq məcburiyyətində qoyur.

Valideynlər də dəridən-qabıqdan çıxıb qazancının böyük hissəsini hazırlıq və kurs müəllimlərinə xərcləyirlər.

Bu sahədə ən çox gəlir əldə edən hazırlıq kurslarında isə hər fənn ən azı 80-150 manata tədris olunur. Fərdi repetitorların hazırlıq qiymətləri də yuxarı siniflər üçün 100-150 manat arasında dəyişir. 5 fəndən, (bəzən 6 fəndən hazırlaşırlar) abituriyentin ödədiyi məbləğ təxminən 400-500 manat, bəzən isə daha artıq olur.

Abituriyentlərin ödənişləri əlbəəl alınır...

Amma qəribəsi odur ki, bu kursların bir çoxunda abituriyentlərin ödənişləri nağd, yəni əlbəəl alınır.

Bununla bağlı Bizim.Media-ya şikayət edən valideynlərdən biri övladının paytaxtdakı tanınmış hazırlıq kursuna getdiyini və ora hər ay ödənişin rəsmi qaydada, qəbzlə, post-terminalla deyil, sənədsiz-sübutsuz qəbul edildiyini bildirib.

Maraqlıdır, bəs, vergidən yayınmaq üçün aylıq ödənişləri sənədləşdirmədən, qəbz təqdim etmədən alan kurs rəhbərləri, repetitorlar bunun qanunsuz addım olduğunu bilmirlərmi?

33.500.000 manatlıq gəlir

Qeyd edək ki, paytaxtda 318 məktəb var və hər il təxminən 40 min-dən çox şagirdi IX sinfin, 27 minə yaxın şagird isə XI sinfin buraxılış imtahanını verir. Bu şagirdlərin böyük hissəsi də məhz təhsil kurslarında hazırlıq keçir.

Əgər bu rəqəmlərin yarısının kurslara qazandırdığı məbləği hesablasaq, bu, təxminən 33.500.000 manatlıq gəlir deməkdir.  Bu, həm də böyük məbləğdə vergidən yayınma, ciddi qanun pozuntusdur.

Biz hələ bu sıraya ölkədə fəaliyyət göstərən TOEFL, IELTS, SAT, GMAT | STIMUL kimi əlavə təhsil proqramları tədris edən kursların fəaliyyətini və gəlirlərini əlavə etməmişik.

Dili başqa, əməli başqa kurslar...

Bir sözlə, valideynlərin sağlam cəmiyyət üçün vicdanlı, savadlı, qanunpərəst vətəndaş yetişdirmək ümidi ilə üz tutduğu kursların bəzilərinin dili başqa, əməli başqadır...

Onu da qeyd edək ki, valideynlərin bəziləri kursların qəbz verməməsinin səbəbini vergidən yayınmaqla yanaşı, həm də məsuliyyətdən qaçmaq kimi də dəyərləndirir.

Onların fikrincə, bəzi təhsil kursları övladı gözlədiyi balı yığmadığı təqdirdə, valideynin hər hansı iddiasına cavab vermək məcburiyyətində qalmamaq üçün bu addımı atır.

Ödəniş qəbzi həm də onun abituriyentə satdığı təhsilin rəsmi təsdiqidir. Valideyn təhsil səviyyəsinin verilən məbləğə uyğun olmadığını iddia edə bilər. Bu səbəbdən də o, yaxasını məsuliyyətdən belə qurtarmağa çalışır.

Maraqlıdır, bəs, vergidən yayınan təhsil kursları və fərdi repetitorları hansı cəza gözləyir?

Ümumiyyətlə, ölkədə nə qədər təhsil kursu var və onların neçəsi müntəzəm vergi ödəyicisidir

Vergilər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədovun mövzu ilə bağlı Bizim.Media-ya verdiyi məlumata görə, Vergi Məcəlləsinin 16.1.11-1-ci maddəsinə əsasən, nağdsız ödənişlərin aparılması üçün “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 17-ci maddəsinə uyğun olaraq POS-terminalların quraşdırılmasını təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilib:

“Azərbaycan Respublikasının ərazisində POS-terminalların quraşdırılması, istifadəsi və tətbiqi Qaydaları”na uyğun olaraq ölkə ərazisində POS-terminalların quraşdırılması məcburi olan obyektlərin siyahısına əsasən hazırlıq kursları və ya digər özəl təhsil qurumu ƏDV məqsədləri üçün qeydiyyatdan keçibsə və ya rüb üzrə orta aylıq dövriyyəsi 2.000 (iki min) manatdan artıqdırsa müştərilərlə hesablaşmaların aparılması zamanı məcburi qaydada POS-terminallar quraşdırmalıdır.

Vergi Məcəlləsinə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər