Sumqayıt Bələdiyyəsində məişət zorakılığı mövzusunda tədbir keçirilib.
Sumqayit24.az xəbər verir ki, tədbirdə Sumqayıt Bələdiyyəsi ilə yanaşı, Şəhər İcra Hakimiyyətinin nümayəndələri, o cümlədən şəhərin fəalları iştirak ediblər.
Çıxışlarda məişət zorakılığına qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə danışılıb.
Sonda tədbir iştirakçılarına söz verilərək onların fikir və təklifləri öyrənilib.