G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
"WhatsApp" tətbiqinin dəstəkləməyəcəyi ağıllı telefonların siyahısı açıqlanıb.
Sumqayit24.az "Meta" korporasiyasına istinadən xəbər verir ki, 2024-cü il oktyabrın 1-dən etibarən "WhatsApp"da həyata keçirilən yenilənmədən sonra proqram 19 ağıllı telefon (smartfon) modelini dəstəkləməyəcək.
Səbəb aşağıda qeyd olunan "ağıllı" telefonların minimum proqram təminatı tələblərinə cavab verməməsidir:
- "Xiaomi Mi Note 2", "Xiaomi Mi MIX 18K", "Xiaomi Mi 5 Pro", "Xiaomi Mi 5 Prime";
- "iPhone 7", "iPhone 7 Plus", "iPhone 7c";
- "Samsung Galaxy S7 Edge", "Samsung Galaxy S7", "Samsung Galaxy A9 Pro";
- "OnePlus 3", "OnePlus 3T";
- "HTC 10 Evo", "HTC 10";
- "Huawei Mate 9 Pro";
- "LG V20";
- "Sony Xperia";
- "Asus ZenFone 3 Deluxe";
- "Lenovo Moto Z".