Sumqayıtda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu haqda 22 iyun tarixində Sumqayıt24 Den.az-a istinadən məlumat verir.
Hadisə Sülh küçəsində, “Sülh plaza”nın qarşısında baş verib. “Wolt”un sürücüsü işıqforun qırmızı işığında keçib. Nəticədə motosiklet piyada zolağından keçən şəhər sakini, 39 yaşlı Arzu Mahmudovanı vurub. Yaralı dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.