1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsində seminar keçirilib. Sumqayıt24 bu barədə 13 fevral tarixində Sumqayıt Tibb Mərkəzinə (STM) istinadən xəbər verir.
Maarifləndirici görüşə ailə sağlamlıq mərkəzlərinin həkimləri qatılıblar. Şöbənin həkim-onkoloqu Vüsal İbrahimov “Mastopatiya və süd vəzi xərçəngi” mövzusunda təqdimatla çıxış edib. O, mastopatiyanı yaradan səbəblərdən, simptomlardan və diaqnostikadan söz açıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.