top
Xəyanətə görə ərinə əl qaldıran qadın məsuliyyətdən azad edildi
07 dekabr 2024, 01:11
- ↺ +

Xəyanətə görə ərinə əl qaldıran qadın məsuliyyətdən azad edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıtda 52 yaşlı Ləman şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Tahirə (adlar şərti göstərilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın məlumatına görə, Ləman həyat yoldaşı Tahir ilə arasında ailə məişət zəminində baş verən mübahisə zamanı əli ilə onun bədəninə zərbələr vurub. Dırnaqlarının ucları ilə sinəsinin sol hissəsindən və qolundan xəsarət yetirib.

Hadisəni törədən Ləmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ləman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Tahir ilə 15 il olar evlidir, bu münasibətdən 1 oğlan övladları dünyaya gəlib: “Ərim Tahir uzun müddətdir ki, başqa bir xanımla münasibətdə olaraq mənə xəyanət edib. Mütəmadi olaraq evə gec gələn zaman ondan harada olduğunu soruşdum. Tahir yalan danışaraq getdiyi yerləri gizlətdi. Sonuncu dəfə mən Tahirdən nə üçün mənə xəyanət etməsinin səbəbini soruşdum. Tahir mənə xəyanət etdiyini inkar etdi. Buna görə də əsəbiləşdim və mətbəx bıçağını götürərək onun üzərinə getdim. Lakin Tahir bıçağı əlimdən aldı. Daha sonra əsəbiləşərək Tahirin üzərinə hücum çəkdim və əlim ilə ona zərbələr vurmağa başladım. Dırnaqlarımın uc hissəsi ilə sinəsindən, sol qolundan xəsarət yetirdim. Daha sonra əlim ilə boğazından tutaraq onu boğmağa çalışdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda əməlindən peşmandır, aralarında barışıq olub, vurulmuş ziyanı ödəyib. O bildirib ki, zərərçəkmiş Tahirin ona qarşı hər hansı bir şikayət və tələbi yoxdur.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Tahirin sözlərinə görə, təqsirləndirilən Ləman ilə evlilikdən bir oğlan övladları var: “Təqsirləndirilən Ləman mənim xəyanət etdiyimi dedi, mütəmadi olaraq mənimlə mübahisə edir. Lakin mən ona xəyanət etmirəm”.

Tahir qeyd edib ki, sonuncu dəfə hadisə günü səhər 09:30-da yenə də qısqanclıq zəminində aralarında mübahisə olub və Ləman mətbəxdən bıçaq götürərək onun üzərinə gəlib: “Bu zaman mən bıçağı Ləmanın əlindən aldım. Bu zaman Ləman əli ilə mənə zərbələr vurmağa başladı, dırnaqlarının ucu ilə bədənimin döş nahiyəsindən və qolumdan mənə xəsarət yetirdi. Daha sonra bizim mübahisələrimiz  bitdikdən sonra Ləmanın əsəbləri sakitləşmədi. Mən evdən həyətə düşmək adı ilə çıxdım. Hazırda Ləman ilə normal münasibətlərimiz davam edir, onunla barışımışam”.

Bu cinayət işinə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Ləmanın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
04 noyabr 2026, 18:15

Sumqayıtda bu yoldan istifadə edənlərin NƏZƏRİNƏ

Oxşar xəbərlər