Xəzər dənizində 3.1 bal gücündə zəlzələ baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Qeyd edilib ki, yeraltı təkanlar saat 08:47-də qeydə alınıb. Zəlzələ ocağının dərinliyi 53 kilometr olub.