Xəzər dənizində zəlzələ baş verib.
Sumqayit24.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Yerli vaxtla saat 07:22-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.1 olub. Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.